İcraiyyə Komitəsinin iclası keçirilib

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra başlasın. Q.Qurbanov, eyni zamanda, “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.
2. AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunusun. İclasda baş katib Elxan Məmmədov Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol barədə, Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə prezentasiyaları təqdim ediblər.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: