İDMAN GİMNASTİKASI YARIŞLARI BAŞA ÇATDI

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb.

Oğlan atletlərin turnik mübarizəsində hakimlərdən 13,366 xal alan Ukrayna gimnastı İlya Kovtun Bakı Festivalının qızıl medalını qazanıb. Fransa idmançısı Lukas Desanj 13,233 xalla mübarizəni gümüş, italiyalı İvan Brunello isə 13,200 xalla bürünc pillədə yekunlaşdırıblar.

Bununla da Milli Gimnastika Arenasında keçirilən və 37 ölkənin idmançılarının idman gimnastikasında mübarizəyə yekun vurulub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: