Baku City CircuitFormula 1Təqdimat

İdman jurnalistləri üçün praktiki təlim keçiriləcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar “Sürətin nəbzini tut – 2” adlı ikigünlük praktiki təlim keçirəcək.

13-14 dekabr 2017-ci il tarixlərində baş tutacaq təlimFormula 1 yarışlarını Sky Sports və BeIN Sports kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Dan Mason tərəfindən tədris olunacaq.

Təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Bu təlim zamanı iştirakçılar Formula 1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktiki biliklər alacaq və qazanılmış yeni biliklər Multimedia Layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.

Təlimə qeydiyyat bu gün başlayır və müraciətlərin qəbulu 6 dekabr 2017-ci il tarixində saat 17:00-dək davam edəcək.

Təlimə yazılmaq istəyənlər bu keçidə (https://www.bakucitycircuit.com/files/App_form_AZ_v1.docx) daxil olaraq ərizə formasını müvafiq qaydada doldurmalı və bu formanı tələb olunan digər sənədlərlə birlikdə email vasitəsilə mövzu hissəsində “Sürətin nəbzini tut – 2” qeyd etməkləmedia@bakugp.azelektron ünvanına göndərməlidirlər. Təlim iştirakçıları edilən müraciətlər arasından müsabiqə yolu ilə seçiləcəklər. Seçim prosesindən uğurla keçən jurnalistlərə dekabrın 8-də iştirakın təsdiqinə dair məlumat veriləcək.

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və 2018 Formula 1 Azərbaycan Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai yerli mediada Qran Pri yarışlarının daha peşəkar səviyyədə işıqlandırılığını bildirib: “Biz hər ötən il Azərbaycan mediasında Formula 1 haqqında daha dolğun, daha məzmunlu və həmçinin daha maraqlı xəbərlərə, məqalələrə rast gəlirik. Bu keyfiyyət artımı nəzərə çarpacaq dərəcədə hiss olunur və şübhəsiz bunda yerli media nümayəndələri  üçün indiyədək keçirildiyimiz təlimlərin və məlumatlandırıcı tədbirlərin rolu böyükdür.

Biz bu uğuru davam etdirmək əzmindəyik və bu səbəbdən də 2017-ci ilin əvvəllərində böyük müvəffəqiyyətlə reallaşdırdığımız “Sürətin nəbzini tut!” adlı praktiki təlim proqramının ikinci buraxılışını keçiririk. İnanıram ki, bu eksklüziv təlimlər artıq ənənəyə çevriləcək və ölkədə Formula 1 dünyasına maraq göstərən idman jurnalistlərinin sırası sürətlə genişlənəcək. Fürsətdən istifadə edərək hamını bu ödənişsiz təlimdə iştiraka dəvət edirəm”.

Xatırladaq ki, “Sürətin nəbzini tut!” adlı təlimin ilkin buraxılışı 24-25 yanvar 2017-ci il tarixlərində keçirilmişdi. Təlimi uğurla başa vuran 22 iştirakçıya BŞH, ADBTİA və Dan Mason Media Şirkətinin birgə sertifikatı təqdim olunmuşdu.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!