Idman

II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib

İyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarının badminton yarışında Azərbaycan təmsilçisi Ezmi Qovimuramadhoninin kişilərin şəxsi yarışında rəqibləri müəyyənləşib.

Frame.az xəbər verir ki, yarışda G qrupunda mübarizə aparacaq Ezminin rəqibləri Rusiya idmançısı Vladimir Malkov, Lüksemburq təmsilçisi Robert Mann və rumıniyalı Kollinz Valentin Filimondur. “Minsk 2019”da badminton yarışları iyunun 24-dən 30-dək baş tutacaq.

Kişilərin mübarizəsində şəxsi hesabda 32 idmançı mübarizə aparacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!