MədəniyyətSərgi

II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu

2017-ci ilin  22-24 may tarixlərində Azərbaycan  Xalça  Muzeyində “Ortaq qaynaqdan  çeşidli  yollar” mövzusunda  II  Beynəlxalq “Türk dünyasının  ortaq dili – naxışlar” simpozium keçirilir. Simpozium Azərbaycan Respublikası Mədəniyyətvə Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan  Xalça  Muzeyinin  təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli  Ölkələrin Parlament  Assambleyası), Türkiyə  Respublikasının  Azərbaycandakı      Mədəniyyət və Tanıtma  müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbayan  Türkiyə İş Adamları Birliyi) və Azərbaycan  Dillər  Universitetinin  dəstəyi  ilə təşkil  olunur.

Simpoziumda  Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə  üzrə digər mütəxəssislər iştirak  edirlər.

Məqsədimiz  bu simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının  araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni  dəyərlərinə   olan qayğı və  diqqətini, bu sahədə olan  biliklərini  yüksəltməkdir.

Simpoziumun mövzusu  istənilən  tarixi  dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi  dövrlərdən  başlayaraq  bu  günümüzədək olan böyük  bir zamanı əhatə edir. Akademik  sessiyalarda  türkdilli xalqların ortaq  dili  olan ornamentlərin  semantikası və onların  ümumi  kökləri; türkdilli xalqların ortaq xalça  mədəniyyətində  yeralan  naxışlarla bağlı  terminlər  və bu sahədə yaşanan problemlər; xalça sənətində istifadə  edilən naxışların digər sənət növləri  ilə əlaqəsi, qarşılıqlı təsiri və onların  zənginləşdirməsi; naxışın  xüsusi  bədii  dili; müasir dünya  incəsənətindən  axışların  əhəmiyyəti və digər mövzularda məruzələr oxunacaq, müzakirələr  və  fikir  mübadiləsi   aparıldı.

Naxışların  tipoloji  təsnifatında  ki, özəllikləri, coğrafi  ərazi  baxımından  yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elmadamlarının məruzələri  kitab   şəklində  nəşr ediləcək, kitabxanalara və  iştirakçılara   paylanılacaq.

II Beynəlxalq “Türkdünyasınınortaqdili – naxışlar” simpoziumu çərçivəsində D. Kara Çobanadına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi keçirildi. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milligeyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş  olunur. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!