İki güclü gimnasta malik olmaq əladır

Azərbaycan bədii gimnastikasının lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qızıl medallarla fəxr etdiyini bildirib. Zədə səbəbindən bir müddət yarış meydanlarından kənarda qalmış idmançı “Bakı-2017”də uğurlu çıxış etməklə, bir növ, əvəz çıxmaq niyyətindədir.

19 yaşlı gimnast əlindən zədələnib və Fransada əməliyyat olunub və hazırda vəziyyəti qənaətbəxşdir. Bakı yarışları Rio olimpiadasından sonra Durunda üçün ilk sınaqdır. O, lent və halqa ilə hərəkətlərdə yüksək ustalıq nümyiş etdirib və komandasına qızıl medal qazandıraraq Milli Gimnastika Arenasına toplaşmış azarkeşlərə böyük sevinc bəxş edib.

Gələn həftə Budapeştdə keçiriləcək Avropa çempionatına hazırlaşan M.Durunda  “AFP-Services” mətbuat agentliyinə açıqlamasında bildirdiyinə görə, zədəsi demək olar ki, tam sağalıb və qitə birinciliyində daha yaxşı çıxış edəcəyinə, yüksək xallar qazanacağına inanır.

“Piriyeva mənim səhvlərimi düzəltdi”

İslam Oyunlarında usta çıxışı ilə diqqət mərkəzinə düşən Azərbaycanın daha bir bəddi gimnastı Jalə Piriyeva komanda və top yarışlarında qazandığı qızıl medallarla bu növdə medal sayını 4-ə çatdırıb. M.Durunda ümid edir ki, 16 yaşlı həmyerlisi komandanın lider mövqeyini qorumasında mühüm rol oynayacaq: “Çox yaxşı oldu ki, Piriyeva mənim səhvlərimi düzəldərək medallar qazandı. Bu, mövqeyimizi qorumaq mənasında olduqca əhəmiyyətli idi”, – deyən Marina hədəfinin Budapeştdə maksimum nəticə göstərmək olduğunu vurğulayıb.

Beş müxtəlif yarışın 4-də qalib olmaq mükəmməl nəticə olsa da, Azərbaycan millisinin baş məşqçisi Marina Vasileva komandasından tam qələbə gözlədiyini bildirib. Bolqarıstanlı mütəxəssis deyib ki, əgər Piriyeva kompozisiyanın sonuna yaxın aləti əlindən salmasaydı, o halda maksimum nəticə əldə olunardı. Həmin yanlışlığın nəticəsində isə Özbəkistan gimnastı Anastasiya Seryukova qrup hərəkətlətində qızıl medal qazandı.

“Məncə, Jalə əsəbi idi”

Yığma komandanın məşqçisi baş vermiş yanlışlıqla bağlı daha sanra deyib: “Düşünürəm ki, Jalə əsəbi idi, çünki çıxışını mükəmməl icra edirdi. Hər şey yaxşı alındıqca bəzən idmançı düşünür ki, vəzifənin öhdəsindən gəlib, mübarizəni qələbə ilə bitiriəcək. Amma təcrübə bunun yanlış yanaşma olduğunu göstərir. Son ana qədər mübarizə aparmaq lazımdır”.

Baş məşqçi hazırda yığma komandada iki güclü gimnastın olmasını mühüm fakt kimi dəyərləndirib: “Durunda İslam Həmrəyliyi Oyunlarında halqa ilə hərəkətlərdə hakimlərdən 17.600 xal aldı. Bu nəticə ilə Avropa çempionatında mükafatçılar sırasına düşmək mümkündür. Amma gələn həftə nə baş verəcəyini indidən demək çətindir. Yüksək səviyyəli iki gimnasta malik olmaq əladır. Onlar bir-birinə dəstək verir, ancaq daha çox çalışmaq lazımdır”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: