İki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik-Jil de Ferran

Biz bir daha əmin olduq ki, idmanda güzəşt yoxdur. Birinci dövrədə baş verən insident komandanın yürüşünü korladı. Lakin biz mübarizəyə davam etdik və finişədək bütün imkanlarımızı ortaya qoyduq.

Frame.az xəbər verir ki, “McLaren”in idman direktoru Jil de Ferran Formula 1 çempionatının Çin Qran-Prisindən sonra bu sözləri deyib.

“Yekun ürəkaçan olmasa da, buna baxmayaraq, uik-end bizə müsbət nəticələr çıxarmağa imkan verdi. Birincisi, xal qazana bilmiş rəqiblərin fonunda bizim yürüş tempimiz heç də pis deyildi. İkincisi, özünəməxsus unikal Çin trası bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə də iki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik”, – deyə Jil de Ferran qeyd edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: