“Iki Yad Adam” Tbilisidə

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Socar georgia dəstəyi ilə görkəmli yazar Mir Cəlal Paşayevin “Kəmtərovlar Ailəsi” hekayəsinin motivləri əsasında çəkilən “iki Yad Adam” filminin nümayişi baş tutub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Film nümayişindən sonra Socar Georgia rəhbəri Mahir Məmmədov eləcə də səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, layihə rəhbəri Hüseyn Cavadzadə və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər.

Qeyd edək ki “İki yad adam” filmi mart ayında ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və “Ən Yaxşı Sosial Film” nominasiyasında qalib olub. Filmin Bakıda ilk nümayişi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin dəstəyi ilə “Addım”ın gerçəkləşdirəcəyi 1ci Gənc Ailələrinin forumunun bağlanış mərasimində baş tutacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: