İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi məlum oldu

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq.

Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradılması nəzərdə tutulub. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirirdi.

Festivalın şərtlərinə görə ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Uşaq Münsif Heyətinə qoşulmaq üçün 7-13 yaş həddi müəyyən olunmuşdu. Müraciətlər iyunun 10-na qədər qəbul edilirdi.

Beləliklə, Uşaq Münsiflər Heyəti aşağıdakı tərkibdə müəyyən olunub:

Aydan Kərimli

Beril Karaoğlu

Fatimə Allahverdiyeva

Nilufər Əzimzadə

Zərif Qasımova

Seçilmiş münsif-uşaqlar rejissor Elçin Hami Axundov tərəfindən təlim keçdikdən sonra öz işlərinə başlayacaqlar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: