“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib.Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi roluolan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanıAzercell-in Insan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib,ölkəmizdə İKT sektorunda çalışan qadınların uğurlarından danışıb, onlaradəstək məqsədilə həyata keçirilən layihələrdən söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib.Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib.Tədbirin sonunda “İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup çalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki,Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekomqadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədiləmüxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dənçox startap layihəyədəstək olub, onlardan 45-i uğurlu biznes qurub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: