EventsMədəniyyətTəqdimat

İlin ən vacib konsertinə 10 gün qaldı!

25 may 2019-cu il tarixində, Heydər Əliyev Sarayında ölkəmiz və mədəniyyətimiz üçün ilin ən vacib mədəni tədbiri – ilk dəfə Bakıda dünyaca məşhur musiqiçi Mark Eliyahunun konserti keçiriləcək.

Mark Eliyahu bizə Azərbaycan və ümumilikdə Yaxın Şərq musiqisinin sehrli dünyasına daxil olmağa imkan verən inanılmaz bir kəşfdir. Mark Eliyahunun qədim alət olan kamançanı müasir ritmlərlə birləşdirmə sənəti inanılmaz kontrastlara səbəb olur.

Mark Eliyahu musiqisi poetikliyi və zərifliyinə görə insanı dərhal valeh edir, bu musiqi insanları qorxutmadan özünü bütün orijinallığı ilə göstərir. Bu melodiyalar şübhəsiz ki, şərq melodiyalarıdır, lakin Qərbə də qapısını bağlamır, əvəzinə gizli xəzinələrə yeni bir baxış açır. Eliyahu melodiyaları dərviş rəqsləri kimi insanı valeh edərək təəccübləndirir və dinləyicini əvvəllər heç eşitmədiyi müxtəlif kainatlara apara bilir. Mark Eliyahu 20 il öncə olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

Bundan əlavə məhz bu il, Mark Eliyahu xalqımızın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın “Ulduz Sayaraq” şerinə bəstələdiyi və muğamların mahir ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva ifa etdiyi möhtəşəm “Do you remember (yadındamı)” mahnısı işıq üzü görür.

Yuxarıda qeydolunanları nəzərə alaraq sözügedən tədbirin ölkəmiz üçün mədəni və tarixi dəyərlərini nəzərə alaraq Azərbaycanda həm Bakı həm də regionlarda yaşayan əhalini cəlb etmək üçün iki məqsədyönlü kampaniyaya start verilib.

Təəssüf ki, Azərbaycanda keçirilən əksər böyük tədbirlər Bakıda keçirilir və regionlarda yaşan əhali bu cür mədəni çoxrənglilikdən kənar qalır. Bunu nəzərə alaraq “My Way travel şirkəti “United Culture”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlıq çərçivəsində Gəncə, Mingəçevir və Qubada yaşayan vətəndaşlarımızı ilin ən vacib konsertinə daha da yaxın edərək, 25 may tarixində Bakıya – Mark Eliyahunun konsertinə və geriyə təmənnasız səfərlər təşkil ediləcək.

Eyni zamanda, “Bakı Metropoliteni” QSC-i, “United Cultures”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlığı çərçivəsində “Növbəti stansiya… Jouney!” promo-kampaniyası keçirilir.

Beləki, metro istifadəçisi və Bakı Kart sahibi olan şəxslər 25 may 2019-cu ildə Mark Eliyahunun Bakıdakı konsertinə 10 dəvətnamə qazanmaq şansı əldə edirlər. Artıq Mark Eliyahunun 25 may Bakı konsertinə bilet əldə edənlər, Mark Eliyahunun növbəti 25 iyun 2019-cu il tarixində İstanbuldakı konsertinə səyahət şans əldə edəcəklər.

Heç şübhəsiz, ölkəmizin mədəniyyəti kimi bu sənətçi çoxmədəni və şərqlə-qərb musiqisinin ən mükəmməl incilərindən birini təmsil edir, sizi onunla tanış edəcəyimiz anı səbrsizliklə gözləyirik!

Konsertin təşkilatçıları “United Cultures” və “124 Studios”. Konsertin tərəfdaşları: “Bakı Metropoliteni” QSC, “The Landmark” otel və biznes mərkəzi, “My Way Travel”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!