FutbolIdmanTəqdimat

İlk Carlsberg Summer Cup futbol turnirinin qalibi müəyyən oldu

Bakıda Azərbaycanın iri şirkətlərinin komandalarının iştirakı ilə ilk dəfə keçirilən Carlsberg Summer Cup 2019 futbol turnirinin final mərhələsi baş tutub.

İyul ayının 14-də həlledici matçda British American Tobacco (BAT) və Access Bank komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başaçatsa da, penalti seriyalarından sonra 5:4 hesabı ilə BAT komandası qalib gəlib.

“Bu gün Carlsberg Summer Cup turnirinin final matçı keçirilir və oyunun Azərbaycan biznesi tərəfindən maraqla qarşılanması bizi çox sevindirir.  Ümumilikdə turnirə 12 komanda qatılıb, final mərhələsinə isə Access Bank və British American Tobacco komandaları çıxıb. Biz ümid edirik ki, futbol turnirlərinin keçirilməsi ənənəyə çevriləcək və daha çox komandaları birləşdirəcək.”

Turnirin qalibi olmuş British American Tobacco (BAT) komandası Rusiyanın Sankt-Peterburq şəhərinə səyahət qazanıb. Üçüncü yeri isə Caspian Engineering Solutions (CES) və Medical Plaza komandalarıbölüşdürüb.

Qeyd edək ki, Carlsberg Summer Cup 2019turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tobacco (BAT),Bakcell, Access Bank, Caspian Engineering Solutions(CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza və Carlsberg Azerbaijan şirkətlərinin komandaları qatılıb. Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir final isə 6-7 iyul tarixlərində keçirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!