Frame LifeSosialTəqdimat

İlk LD formatlı ingilis dilli Debat yay düşərgəsi gənclərin özünü inkişafına səbəb olacaq

4 Avqustda start götürəcək və 3 gün davam edəcək “Lincoln Douglas” formatlı ilk ingilis dilli Debat yay düşərgəsigənclərin natiqlik bacarıqlarının yüksəlməsinə və özünüinkişafına səbəb olacaq. Lincoln Douglas formatında təşkil olunan debat yay düşərgəsində 60-a yaxın gənc iştirak edəcək.

Düşərgədə iştirak etmək üçün müraciət etmiş 300-ə yaxın gənclər arasından seçilmiş namizədlərlə müsahibə aparılmış və müsahibədən müvəffəq olmuş şəxslər Debat yay düşərgəsində iştirak hüququ qazanıblar. Seçilmiş iştirakçılara debatın “Lincoln Douglas” formatı üzrə təlimlər keçilib. Gənclərin bilik və bacarıqlarının inkişafına səbəb olan təlimlər ADA Universitetində keçirilib. Milli Debat Proqramı çərçivəsində təşkil olunan düşərgənin məqsədi regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılmasından ibarətdir. Şəki şəhərinin Kiş kəndində keçiriləcək düşərgədə yerli və xarici gənclər “Lincoln Douglas” formatında debat oynamaqla yanaşı, yeni biliklər qazanacaq, dünyagörüşlərini inkişaf etdirəcək, o cümlədən “Cənnət Bağı” istirahət mərkəzində gözəl həftəsonu keçirəcəklər.

Qeyd edək ki, “1st LD Summer Debate Camp” layihəsi Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığıyla keçiriləcək.

Xatırladaq ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubasiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü,  “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Həmçinin DVC “Erasmus +” proqramının “Avropa könüllülük xidməti”nin göndərən statusuna malikdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!