İlkin odənişsiz iPhone 7 cəmi 109 AZN-a

iPhone 7 və iPhone 7 Plus smartfonlarınınAzərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operator Azercell, 24 Fevral 2017-cı il tarixindən etibarən çox sərfəli şərtlərlə növbəti “iPhone” kampaniyasına başlayır. Yeni kampaniya çərçivəsində bütün Azercell abunəçiləri  iPhone 7  telefonlarını ilkin ödənişsiz  aylıq cəmi109AZN-dan başlayan qiymətlərlə əldə edə biləcəklər.Kampaniyada iştirak etmək üçün abunəçilər Azercell Ofislərinə (B.Bagırova 2, Tagiyev 18, 28 may kuç. 33A) yaxınlaşıb, mövcud  təkliflərdən birini seçməlidirlər. Bununla onlar güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərindən birinə qoşularaq, iPhone telefonlarından birini əldə edəcəklər.

 

 

    Hedsiz DATA Hedsiz Voice Hedsiz
iPhone 7 32GB 12-ay 199 209 229
18-ay 139 149 169
24-ay 109 119 139
iPhone 7 128GB 12-ay 229 239 259
18-ay 159 169 189
24-ay 129 139 159
iPhone 7 plus 128GB 12-ay 259 269 289
18-ay 179 189 209
24-ay 139 149 169

Azercell şəbəkəsinəyeni keçmiş abunəçi kampaniyaya qoşulmaq üçün öncə istifadə etdiyi operatordan son 6 aylıq fakturanı təqdim etməlidir. 1 abunəçi kampaniyadan yalnız bir telefon əldə edə bilər. Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareyaya və suya/toza davamlılığı ilə seçilir.

Məlumat üçün bildirək ki, Novruz bayramı ərəfəsində abunəçiləri yeni-yeni kampaniyalar gözləyir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: