İmmun sertifikatının müddəti bitəndən sonra iki ay ərzində yalnız bir doza peyvənd vurduranlar da COVID pasportu ala bilərlər

Yeni növ koronavirusla (COVID-19) bağlı immun sertifikatının müddəti bitəndən sonra iki ay ərzində yalnız bir doza peyvənd vurduranlar da COVID pasportu ala bilərlər.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, PCR testi müsbət çıxan hər kəsin immun sertifikatı 6 ay keçərli sayılır: “İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay ərzində bir doza peyvənd vurdurmaq olar. İki aydan çox keçərsə, iki doza vaksin vurulması göstərişdir. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə, koronavirus əleyhinə yalnız bir doza vaksinasiya effektiv deyil. Nəzərə almaq lazımdır ki, 8 ay sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün mütləq iki doza vurulmalıdır”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: