“İn memory of the Artist”

Payız incəsənət adamlarının ən çox sevdikləri mövsümdür. İlin bu fəslinə xas olan al-əlvan rənglər Port Baku Mall-u “ART Payız” sərgisinin təşkilinə sövq etdi.

“ART Payız” sizi 5 tam fərqli aləmə qərq olmağa imkan yaradır. Art festival çərçivəsində Port Baku Mall-da aşağıda qeyd olunan sərgilər keçiriləcək:

– 3 – 11 sentyabr rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi;
– 17 sentyabr – 2 oktyabr Afət Bağırovanın – Retrospektiv sərgisi;
– 8 – 23 oktyabr tanınmış fotoqraf Orxan Aslanovun – “My Azerbaijan” adlı sərgisi;
– 29 oktyabr – 9 noyabr İrina Eldarovanın – “NEFT=HOLLIVUD=GÜC” adlı sərgisi;
– 12 – 27 noyabr Pərviz Hüseynovun və İrina Qundorinanın – “961,8°C” adlı sərgi.

İlk sərgi  tanınmış rəssam Nazim Məmmədovun əziz xatirəsinə həsr olunmuş “İn memory of the Artist” adlı sərgi oldu..

Nazim Məmmədov Azərbaycan animasiyası tarixində misilsiz yer tutur. Onun adı uşaqlığımızın ən sevimlicizgi filmləri ilə bağlıdır. İlk Azərbaycan cizgi filmlərinin müəllifinin ölkəmizin animasiya sənətinə verdiyi töhfələri danılmazdır. O, həmçinin, dəsgah rəssamlığın, qrafikanın, uşad kitabları üçün illüstrasiyaların yaradıcısıdır. Sərgidə rəssamın ən tanınmış əsərləri numayiş olunacaqdır.

Festivalın iş rejimi: 3 sentyabr – 27 noyabr, saat 10:00-dan 22:00-dək.

Giriş pulsuzdur.

Frame.az

14233562_1079684162123936_1621912104_o 14203643_1079684052123947_449729666_o 14233444_1079684015457284_663640186_o 14215557_1079683988790620_1997475617_o 14233868_1079683935457292_676932030_o 14215389_1079683822123970_1493913430_o 14212596_618827518277461_5069306262449139801_n (1)

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: