FestivallarMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ile qanun ifaçıları Hindistanda keçirilən festivalda iştirak ediblər

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan musiqisini, xüsusilə muğamların, xalq mahnılarının,təsniflərinin xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə bir sıra xarici ölkələrdə, o cümlədən İsveçrədə, Fransada, Polşada, Çin Xalq Respublikasında, Mərakeşdə, Hindistanda, Rusiyada, Gürcüstanda və digər ölkələrdə Azərbaycan musiqisi üğurla təmsil olunub və özünə böyük auditoriya toplayıb.

Bu günlərdə isə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupu Hindistanda keçirilən “World Sacred Spirit”adli tanınmış beynəlxalq festivalında Azərbaycanin İfaçılıq məktəbini uğurla təmsil edib .

Hindistanın Jodhpur şəhərində Naqaur qalasında və Mehrangah qalasında “World Sacred Spirit” adlı beynəlxalq festival keçirilmişdir.

Festivalın birinci hissəsi Jodhpur şəhərindən 2 saatlıq məsafədə yerləşən Naqaur qalasındakı Royal Tenstdə, ikinci hissəsi isə Mehrangah qalasında keçirilmişdir. İnci qrupuna qanun ifaçıları Azərbaycan Respublikasının Əməkdar artisti Təranə Əliyeva( rəhbər), Sədaqət Həsənova, Samirə Əliyeva və Zinyət Rəhimli daxildir.
“İnci” qrupu festivalın açılış və bağlanış konsertlərində çıxış edib. Festival çərçivəsində “İnci” qrupu Naqaur və Mehrangah qalalarında solo konsertlərlə də çıxış etmişdir.
Maraqlı proqramla çıxış edən qrup Mehrangah qalasında keçirilən konsertdə “Telli durnalar” türk qrupu ilə “Reyhan” mahnısını ifa ediblər.

“İnci” qrupunun repertuarında olan “Bayatl-Şiraz” təsnifi və Azərbaycan xalq rəqsi “Nəlbəki” uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunaraq böyük marağa səbəb olub.
Həm açılış həm də bağlanış konsertlərində rəqqasə Müqəddəs Mijit “Bayatı-Şiraz” təsnifini və “Nəlbəki” xalq rəqsini “İnci” qrupu ilə birlikdə ifa etmişdir.

Azərbaycan musiqiçilərinin ifaları Hindistanlı tamaşaçılar və qonaqlar tərəfindən alqışlarla qarşılanmış, kütləvi informasiya vasitələrində bu haqda məqalələr dərc olunmuşdur.
Hörmətli media nümayəndələri!

Aprelin 5- də saat 12:00- da Beynəlxalq Muğam Mərkəzində “İnci” qrupunun “ “World Sacred Spirit” adlı Beynəlxalq Festifalda iştirakına həsr olunmuş təqdimat mərasimi keçiriləcəkdir.Təqdimatdan sonra “İnci” qanun qrupunun ifasında bir neçə mahnı səslənəcəkdir.Sizi təqdimatda iştirak etməyə dəvət edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!