İndoneziyalı qadın atlet “Bakı-2017”nin qalibi oldu

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışında 48 kq çəki dərəcəsində qadınların mübarizəsində İndoneziya idmançısı Sri Vahyuni Aqustiani çempion olub.

Frame.az xəbər verir ki, Sri Vahyuni Aqustiani birdən qaldırmada 80, təkanla isə 106 kq ağırlığın öhdəsindən gəlib. İki hərəkətin cəmində 186 kq nəticə göstərən indoneziyalı atlet İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.

Gümüş medala toplam 166 kq (74+92) nəticə ilə türkiyəli Saziyə Ərdoğan yiyələnib, onun komanda yoldaşı Qamze Karakol isə 164 kq (71+93) ağırlığı qaldırmaqla 3-cü yeri tutub.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Mərziyyə Məhərrəmova 115 kq (66+85) nəticə ilə 6-cı sırada qərarlaşıb.

Qadın ağırlıqqaldıranlar arasında 48 kq çəkidə fərqlənən idmançılara medalları Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomas Ajan təqdim edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: