Frame LifeTəqdimat

“Influencer Day Baku” tədbiri Qafqazda bir ilk olaraq Azərbaycanda keçiriləcək

Sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.

Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar.

Regionda ilk dəfə 30 sentyabr 2017-ci il tarixində Dreamland-də “Influencer Day Baku” tədbiri keçiriləcəkdir. Tədbirdə Sosial Eranın marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması təqdim olunacaq.

Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Əlavə olaraq tədbirə ABŞ-dan spiker cəlb olunması planlaşdırılır.

Keepface dünyada trend marketinq strategiyası sayılan “Influencer Marketing”i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Keepface istifadəçiləri brendlər platforma üzərindən influencer-lərin göstəricilərini analiz edə, onlarla kommunikasiya qura və sifariş verə bilirlər.

Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

Tədbirdə iştrak yalnız xüsusi dəvətnamə ilə mümkün olacaq. #InfluencerDayBaku

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!