İngiltərə Çempionatı 7-ci tur

Turun mərkəzi qarşılaşması London’da “Çelsi” və “Mançester Siti” komandaları arasında baş tutub. 0:1 hesabı ilə qələbə qazanan Şəhərlilər itkisiz irəliləməkdə davam edir.

Mançester şəhərinin digər komandası Mançester Yunayted’də turu 3 xalla başa vurub. “Liverpul” komandası “Nyukasl” səfərindən bir xalla döndü. “Arsenal” doğma meydanda Brayton’u Monreal və İvobi’nin vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib. Bornmut – Lester matçı qolsuz bərabərliklə sona çatıb. Mövsümə yaxşı start verən Haddersfildin isə deyəsən barıtı qurtarır.

Komanda ardıcıl iki heç-heçədən sonra öz meydanında “Tottenhem” komandasına 0:4 hesabı ilə məğlub olub. Vest Bromviç – Uatfort oyunu 2:2 hesabı ilə başa çatıb. Mançester Yunayted – Kristal Pelas 4:0 Arsenal – Brayton 2:0 Çelsi – Mançester Siti 0:1 Haddersfild – Tottenhem 0:4 Stok Siti – Sautgempton 2:1 Vest Hem – Suonsi 1:0 Everton – Barnli 0:1 Nyukasl – Liverpul 1:1 Vest Bromviç – Uatford 2:2 Bornmut – Lester 0:0

Frame.az

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: