FutbolIdman

İngiltərə Çempionatı 6-cı tur

Son çempion “Çelsi” səfərdə Morata’nın het-triki və Pedro’nun vurduğu qol sayəsində “Stok Siti” komandasını 0:4 hesabı ilə qalib gəldi. “Mançester Siti” öz meydanında “Kristal Pelas” komandasının qapısından 5 cavabsız top keçirdi. Mançester şəhərinin digər komandası Mançester Yunayted’də turu qələbə ilə başa vurdu. “Sautgempton” səfərinə yollanna Joze Maurinyo’nun yetirmələri Lukaku’nun vurduğu yeganə qol sayəsində qələbə qazanıb. Vest Hem – Tottenhem matçında qonaqlar 2:3 hesabı qələbə qazandılar. Barnli – Haddersfild oyunu qolsuz bərabərliklə başa çatıb. “Everton” doğma meydanda “Bornmut” komandasından güclü olub 2:1. Lester – Liverpul oyunu olduqca drammatik məcrəda keçib. Hesab görüşün 15-ci dəqiqəsində açılıb. Misirli futbolçu Salah qonaqları hesabda önə çıxarıb 0:1. Cəmi səkkiz dəqiqə sonra Kautinyo cərimə zərbəsindən mükəmməl qola imza ataraq fərqi iki topa çatdırıb 0:2. 45-ci dəqiqədə Okazaki fərqi minimuma endirib 1:2. 0yunun 68-ci dəqiqəsində Henderson fərqlənərək hesabı 1:3 edib. Cəmi bir dəqiqə sonra Vardi yenidən fərqi bir topa çatdırıb 2:3. 74-cü dəqiqədə Vardi hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Oyunun qalan dəqiqələrində qapılara top vurulmayıb. 2:3 hesabı ilə qələbə qazanan “Liverpul” komandası xallarının sayını 11-ə çatdırdı. Stok Siti – Çelsi 0:4 Sautgempton – Mançester Yunayted 0:1 Mançester Siti – Kristal Pelas 5:0 Brayton – Nyukasl 1:0 Vest Hem – Tottenhem 2:3 Lester – Liverpul 2:3 Suonsi – Uatford 1:2 Barnli – Haddersfild 0:0 Everton – Bornmut 2:1 Arsenal – Vest Bromviç (bu gün keçiriləcək).

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!