İnnovasiyalar Agentliyində tələbələrə sertifikatlar təqdim olunub

İnnovasiyalar Agentliyində 5-ci Təcrübə Proqramı uğurla başa çatıb.

Agentlikdən bildirilib ki, Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan ən istedadlı tələbələrdən 13-ü bu ilin aprel ayından etibarən İnnovasiyalar Agentliyində təcrübə keçmək imkanı qazanıb. 3 ay ərzində Agentliyin müxtəlif strukturlarına təhkim olunan tələbələr İnnovasiya və Sahibkarlıq sahəsində təlim proqramlarında iştirak edərək bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə artırıblar. Tələbələr həmçinin müxtəlif layihələrə cəlb olunaraq təcrübi biliklərini təkmilləşdiriblər.

Təcrübə proqramı artıq başa çatıb və tələbələrlə yekun görüş keçirilib. Görüşdə tələbələrə gələcək karyera və təhsillərində yeni uğur arzulayan İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli təcrübəçilərə sertifikatlar təqdim edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: