EventsFotoqrafiyaQalereyaŞəkillərSərgiTəqdimat

İnsanın siması onun daxili aləmini əks etdirir-Sərgi

Dekabrın 14-də Art Tower qalereyasında “Arts Council Azerbaijan”, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də İçərişəhər Memarlıq və Qoruq idarəsinin təşəbbüsü ilə ” Simalar ” adlı portret sərgisinin açılışı baş tutub.

Sərgidə 24 müəllifin 40-a yaxın əl işi nümayiş olunub. İnsanlar həyatlarının müxtəlif anlarında məruz qaldıqları hissləri öz simalarında əks etdirir. Onları işləyərkən, gülərkən, söhbət edərkən hətta yemək yeyərkən belə izlədikdə üz cizgilərinın necə də müxtəlif olduğunu görməmək mümkün deyil.

Sərgidə iştirak edən fotoqrafların hamısı bu fərqli cizgiləri əks etdirməyə çalışıb və nəticədə bu möhtəşəm sərgi ərsəyə gəlib.

Qeyd edək ki, sərgidə Aureliya Nəsirova, Aydın Sadıqov, Çingiz Səmədzadə, Dmitriy Ryabçenko, Aleksandr Karyaqin, Dmitriy Tur, Hüseyin İbrahimov, Arif Quluzadə, Cavid Məcidov, Lalə Hüseynzadə, Leyla Sultanzadə, Nadejda Cavad və başqalarının portret stilində çəkdikləri şəkillər nümayiş olunub.

Sərginin kuratoru Rüstəm Hüseynovdur.

Şərab dəstəyi Hillside.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!