Baku 2017

“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər Kuboku” layihəsinin açılış tədbiri keçirildi.
“Gənclər Kuboku” layihəsi Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində dəstək məqsədli tədbirdir.

Azərbaycanda idmanın inkişafına dair keçirilən tədbirlərdə İrəli İctimai Birliyinin böyük rolu vardır.

Tədbirdə ilk olaraq söz Gənclər və İdman Nazirinin müavini, İntiqam Babayevə verildi. O dedi: “Biz hər  bir gənc dostumuza istənilən layihədə dəstək verməyə hazırıq. “Gənclər Kuboku” İrəli İctimai Birliyinin çox gözəl təşəbbüsüdür. Hər bir iştirak edən gəncə uğurlar arzu edirəm.”

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev: “Azərbaycan gəncliyi çox bacarıqlıdır. İstər idman, istərsə də ictimai sektorda gənclik inkişaf  edir. Bu gün “İrəli” İctimai Birliyinin İslam Oyunları ərəfəsində dəstək məqsədli  Gənclər Kuboku adlı layihəsinə start verildi. Əvvəla təbrik edirəm, bütün iştirakçı gənclərimizə uğurlar arzu edirəm”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev: “Biz  hər hansı bir səfərdə olarkən gənclər bizim layihə və tədbirlərdən söhbət açır, bu uğurun göstəricisidir. “İrəli” İctimai Birliyi də hər zaman belə layihələrin təşəbbüskarıdır.”

Daha sonra söz İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru, könüllülərin səfiri Elçin Səfərova verildi: “Mən gənclərin olduğu hər yerdə varam, onların hər hansı bir bacarığı məni sevindirir. Ən əsası bizim adımıza yəni İslam Oyunlarının adına hər bir işdə biz də varıq. Hər şeydən əvvəl, “İrəli” İctimai Birliyinə təşəkkür edirəm və mən sizə bu gün ilk dəfə Bakı 2017 İslam Oyunlarının medallarını göstərəcəm. İdmançılar bu qızıl, gümüş, bürünc medallar uğrunda mübarizə aparacaq. Onlara da indidən uğurlar arzulayıram.

Sonda “İrəli İctimai  Birliyinin” sədri Mirhəsən Seyidov fikirlərini bölüşmüşdür:
-Hər birinizi – rəsmiləri, gəncləri, tələbələri, könüllü heyətini və ən əsası bizim hər tədbirimizdə, layihəmizdə yanımızda olan media nümayəndələrini salamlayıram.

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər Kuboku” layihəsinə start verildi. Gənclər Kuboku İslam Oyunlarına dəstək xarakterli layihədir. Azərbaycanda İctimai birlik olaraq idmanın və gənclərin inkişafına dair layihələrə maraqlıyıq. Artıq bu gündən marağı olan hər bir kəs “Youth Cup” (Gənclər Kuboku) adlı layihənin saytından istənilən məlumatları əldə edə bilərlər.

“Gənclər Kuboku”nda futbol, basketbol, voleybol, şahmat, səmtimüəyyənetmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped kimi idman növlərinin mübarizəsi keçiriləcəkdir.”
Tədbirin sonunda püşkatma mərasimi keçirilib. Frame.az

http://https://youtu.be/a_LJCd_LVxY

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!