İradə İbrahimova: Birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır

Ətraf mühiti qorumaq üçün hamının 15 mikrona kimi polietilen torbaların, eləcə də birdəfəlik plastik qabların istifadəsindən imtina etməsi çox vacibdir. Əlbəttə bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq. Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik.

Frame.az xəbər verir ki, bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi və birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, iri marketlər şəbəkəsinin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn görüşdə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

“Ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq. Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər – istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdırlar.

Nazirlik rəsmisi İ.İbrahimova bununla bağlı çağırış edərək deyib: “Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: