İraqın Basra vilayətində 33-cü Marbid Beynəlxalq şeir festivalı keçirilib

Iraqda şeir festivalı Mart ayının əvvəllərində İraqın Basra vilayətində 33-cü Marbid Beynəlxalq şeir festivalı keçirilmişdir.

Hər il keçirilən bu şeir festivalı İrak Mədəniyyət Nazirliyinin İrak Ədəbiyyatçıları və Yazarlar Birliyi Baş mərkəzi və Basra Ədəbiyyatçılar və Yazarlar Birliyınin təşkilatçılığı ilə həyata keçirilirdi. Festivala Türkiyə, Azərbaycan, İran, Suriya, Livan, Finlandiya, ümumən 33 ölkədən 240 nümayəndə dəvət almışdı.

Festivalın açılışından öncə İraq Mədəniyyət Nazirliyi Nəşriyyat evinin kitab sərgisi oldu. Festivalın açılışı “Basra Limanlar Köşkü” salonunda idi. Festivalın açılış mərasimində Mədəniyyət naziri Dr. Abdulamir El Hamdani çıxış etdi. Açılışda Basra şəhərinin məsul şəxsləri, mədəniyyət xadimləri iştirak edirdi. İraqın Al İraqiyə TV, Şarkiyə TV, Rəşid TV , Al Babiliyyə TV, Zagos TV və Basra TV kanalları şeir festivalını canlı yayımlayırdılar. Festival 4 gun davam etdi. İradə Əlili Al Babilliyyə TV, Zagros TV ,Al İraqiyə TV –yə müsahibələr vermişdir.

Basra şəhər muzeyini ziyarət etmiş ,mərkəzi kitabxanasının qonağı olmuş kitablarını kitabxanaya təhvil vermişdir. Festivalda 25 şairin İraq Mədəniyyət Nazirliyi tərəfindən çap edilmiş kitablarinin təqdimatı oldu. Turkiyədən festivala Şəmsəttin Kuzəçi, Ayişə Paslanmaz, Azərbaycandan isə İradə Əlili dəvət almışdılar. Festivalın açılışı günü 7 ölkənin şairlərinin şeirləri təqdim edildi. Bunların sırasında Azərbaycanlı yazar da var idi bu festival təşkilatçılarının ölkəmizə verdiyi dəyər idi. Həmyerlimiz İradə Əlili “Bir şeir istəyirəm” adlı şeirini söylədi. Kərkük şairi Ümüt Köprülü bu şeiri ərəb dilinə tərcümə edərək festival iştirakçılarına təqdim etdi.

İradə Əlili açlışda çıxışından sonra Al Babiliyya TV, Zaqros TV, Al İraqiyyə TV kanallarına musahibə vermişdir. Festivalın fəaliyyətini işıqlandıran qəzetdə bu şeir nəşr edildi Basra vilayətinin oxucularına təqdim edilmişdir. AMEA-nin disertantı, Azərbaycan Yazıçılar birliyinin üzvü, Peşəyonumlu təhsilin inkişafına Yardım İctimai Birliyin sədri ,İradə Əliyeva Əlili

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: