“İşi Adamından Öyrən” adlı seminar keçiriləcək

“İşi Adamından Öyrən” seminarının məqsədi öz biznesi qurmaq istəyən tələbələrin yaşadıqları çətinlikləri , riskləri aradan qaldırmağın , ziyansız və rahat xəyallarındakı biznesi qurmağın sirrlərini məhz Azərbaycanlı biznesmenlərdən öyrənmək üçün şərait yaratmaq , onların məsləhətləriylə Xəyallarınızdakını reallaşdırmaqdır. Seminarda 5 Azərbaycanın biznes sahəsində tanınmış spiker kimi sizə məsləhətlər verib suallarınızı cavablandıracaq. İşi məhz adamından Yəni İş adamından öyrənmək onlardan məsləhətlər almaq hər bir tələbənin arzusudur. İnanırıq ki Student Club Azerbaijan olaraq bu dəfə də tələbələrimizin istəyinə uyğun bir seminarla onlara hər bir köməyi edə biləcəyik.
Seminarda spiker kimi Elvin Dadaşsoy, İlkin Məcidov, Elşən Maharov, Firdovsi Xəlilov, Babaxan Məlikli çıxış edəcək.

Seminarda öyrənməklə bərabər həm də qazanacaqsız. Keçirilən lotoreyada tədbirin təşkilatçıları tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeydiyyat linki https://goo.gl/forms/lz3Mp9YKb8kpDxI62

Seminar 23 fevral saat 11:00 tarixində Azərbaycan İqtisad Universitetinin İçərişəhər korpusunda keçiriləcək.

Frame.az seminarın informasiya dəstəkçilərindən biridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: