İspanaqlı pomidor dolması

Ərzaqlar:
-1/2 ispanaq
-2 diş sarımsaq
-200 qr süzmə qatıq
– 6 ədəd orta boy pomidor
– Duz, istiot, qırmızı bibər

Hazırlanması:
İspanaqları yaxşıca yuduqdan sonra duzlu suda qaynadın. Süzdükdən sonra incə-incə doğrayın. Süzmə qatıq qırmızı bibər, duz, istiot və əzilmiş sarımsaqla qarışdırın. İspanaqları da içinə əlavə edin. Pomidorları iki yerə bölüb içini oyun. İspanaqlı, qatıqlı içliklə doldurun. İstəsəniz, üstünə xırda doğranmış qoz da əlavə edə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: