IdmanƏyləncə

İspaniya La Liga

1-ci TURUN TƏHLİLİ:

1). Malaga 1 – 1 Osasuna

2). Deportivo La Coruna 2 – 1 Eibar

3). Barcelona 6 – 2 Real Betis

4). Granada 1 – 1 Villarreal

5). Sevilla 6 – 4 Espanyol

6). Sporting Gijon 2 – 1 Athletic Bilbao

7). Real Sociedad 0 – 3 Real Madrid

8). Atletico Madrid 1 – 1 Alaves

9). Celta Vigo 0 – 1 Leganes

10). Valencia 2 – 4 Las Palmas

La Liga’nın yeni mövsümü məhsuldar oldu. Keçirilən 10 oyunda qapılara 40 qol vuruldu. Son çempion Barcelona öz meydanında qəbul etdiyi Betis komandasını 6:2 hesabı ilə darmadağın etdi.

Son Çempionalar Liqası’nın qalibi Madridin Real komandası da çempionata qələbə ilə başladı. Zidan’ın komandası Real Sociedad səfərindən 3:0-lıq qələbə ilə qayıtdı.Turun ən məhsuldar oyunu isə Sevilla şəhərində qeydə alındı. Son Avropa Liqası’nın qalibi Sevilla öz meydanında Espanyol komandasına 6:4 hesabı ilə qalib gəlməyi bacardı.

Atletico Madrid komandası isə gözlənilmədən öz meydanında debütant Alaves’lə son saniyələrdə buraxdıqları qolla heç-heçə etdi 1:1.

İspaniya’nın adlı-sanlı komandalarından olan Valencia çempionata uğursuz start götürdü.Komanda öz meydanında Las-Palmas’a 2:4 hesabı ilə məğlub oldu.

Turun digər sensasiyalı nəticəsi “Vigo” şəhərində qeydə alındı. Celta Vigo öz meydanında debütant Leganes komandasına 0:1 hesabı ilə məğlub olaraq tutu xalsız başa vurdu.

Granada-Villareal matçı da heç-heçə bitdi 1:1.

Sporting Gijon-Athlecic Bilbao matçında 2:1 hesabı ilə qələbə qazanan ev sahibi komanda aktivlərinə ilk 3 xalı yazdırdı.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!