İspaniya La Liqası: Madrid derbisi heç-heçə başa çatıb

Sentyabrın 28-də İspaniya La Liqasının 7-ci turunun növbəti oyunları keçirilib.

Frame.az xəbər verir ki, turun mərkəzi görüşü Madridin “Vanda Metropolitano” stadionunda oynanılıb. “Atletiko Madrid” əzəli rəqibi “Real Madrid” klubunu qəbul edib. Qarşılıqlı hücumlar ilə bol olan görüşdə hesab açılmayıb. Bu heç-heçədən xalların sayını 15-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Atletiko Madrid” isə 14 xalla üçüncü yerdədir.

Madrid təmsilçilərinin əzəli rəqibi “Barselona” səfərdə “Xetafe”nin qapısından iki cavabsız top keçirib. Kataloniya təmsilçisinin heyətində Luis Suares (41) və Junior Fipro (49) fərqləniblər.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Villareal” – “Real Betis” – 5:1;

“Atletik Bilbao” – “Valensiya” – 0:1;

“Qranada” – “Leqanes” – 1:0.

Turun qalan oyunları sentyabrın 29-da keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: