“İstedadlı Əlillər” İB-i fiziki məhdudiyyəti olan şəxsləri kurslara dəvət edir

15 aprel  2017-ci il tarixdən etibarən  Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “İstedadlı Əlillər” İctimai Birliyi  “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması”  adlı layihəsini  onlayn  mətbuatı vasitəsi ilə elan edir.

Layihə məşğulluğun artırılması məqsədi ilə fiziki məhdudiyyəti olan şəxsləri müxtəlif peşə və ixtisas kurslarına cəlb edilməsindən bəhs edir. Bundan əlavə layihə iştirakçılarının təhsil imkanlarının müəyyənləşdirilməsi, bu mövzuda konsultasiyaların təşkili və iştirakçıların düzgün istiqamətləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki,  iştrakçılara  xarici dillərin öyrədilməsi,  layihə yazmaq qaydalarının öyrədilməsi, kompüter proqramlarının öyrədilməsi məqsədi ilə  təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv  vətəndaş kontingentinə  adaptasiya olunması missiyası da layihə çərçivəsində görüləcək işlər siyahısında yer almışdır.

Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.

Layihə çərçivəsində iştirakçıların məğulluq problemlərinin həllinə dair işlərin görülməsi, mövcud imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil problemlərinin həll olunması  yönündə  işlərinin görülməsi nəzərdə tutulur.

Layihə çərçivəsində aşağıda qeyd olunan  kurslar təlim ediləcəkdir.

  1. İngilis dili kurslarının təşkili
  2. “Layihə Univeristeti” təlimlərinin təşkili.(Layihənin yazılma, həyata keçitrmə və hesabatlılıq qaydalarının öyrədilməsi)
  3. Komputer kursları

Əlilliyi olan insanları “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” layihəsində iştrak etməyə dəvət edirik. Layihənin icra müddəti dörd aydır.

Ətraflı məlumat üçün aşagıda qeyd olunan ünvan və telefon nömrələri ilə bizimlə əlaqə saxlayın.

Ünvan :  Xırdalan şəhəri. Heydər Əliyev pr. 39. “İstedadlı Əlillər” İctimai Birliyinin ofisi.  (Abşeron RİH-nin binasının yanı)

Email :  istedadlieliller_ib@yahoo.com cavad.77@mail.ru

Əlaqə tel :  (994) 50 999 30 79; (994) 70 760 28 28 ;(994) 55 760 28 28; (994) 12 342 45 64

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: