EventsSərgi

“İstedadlı əllər” adlı rəsm sərgisi keçiriləcəkdir

4 iyun 2017-ci il saat 15:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində 1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş “Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinin tələbələrinin əl işlərindən ibarət “İstedadlı əllər”  rəsm sərgisi keçiriləcəkdir.

Sərginin əsas məqsədi uşaqların dünyaya baxışları, rəng duyumları, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələri, uşaqlara qayğı və onların qorunmasını çəkilmiş rəsmlər vasitəsi ilə həmyaşıdlarına nümayiş etdirməkdir

Qeyd edək ki, Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədi ilə hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş müxtəlif tədbirlər və layihələr keçirilir.

Sərgidə 5 yaşından 25 yaşına qədər 20 həvəskar rəssamın 80-dan artıq əl işlərindən ibarət sulu boya, quaş, rəngli karandaşlar  ilə işlənmiş rəsm işləri nümayiş etdiriləcəkdir. Həmçinin bildirmək istəyirik ki, “Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinin rəhbəri Nihal Qüdrətlinin tələbələrinin artıq ikinci sərgisidir. Sərgidə nümayiş olunacaq rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil edir. Sərginin sonunda daha çox fərqlənən və bəyənilən əl işlərinin müəlliflərinə həvəsləndirici diplomlar təqdim olunacaq.

Sərginin rəsmi açılış mərasimi 4 iyun 2017-ci il saat 15:00-da ADRA-nın Muzey-Sərgi Kompleksində həyata keçiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!