İsveç yazıçısı ADO`da

9 iyun saat 20.00`da ADO Teatrında İsveç yazıçısı İda Lindanın “Maşın-Qızın Vəsiyyətnaməsi” kitabının prezentasiyasıolacaq. Eyni zamanda kitabı rus dilinə çevirən Nadejda Voinovayla görüş təşkil olunacaq.

İda Linda (1980-ci il təvvəllüdlü) İsveç yazıçısı, şairi, dramturqu və tərcüməçisidir. O, İsveçin şimalında Umeo şəhərində böyümüş və hal-hazırda Stokqolmda yaşayır. O, Stokqolmun yaxınlığındakı Biskops-Arne ədəbiyyat məktəbində dərs deyir.

“Maşın-Qızın Vəsiyyətnaməsi” (2006) ölüm və futbol haqqında bəhs edən qarışıq ailə dramıdır. Bu əsər motosikl kimi dünyaya gələn Maşın-Qız tərəfindən danışılır. Maşın-qız həyatı birinci tərk emtəli idi, çünki o belə qərar vermişdir. Amma bütün yaxınları ondan əvvəl həyatlarını dəyişirlər. O, kişi dünyası – atası, qardaşı, sevgilisi, övladı ilə əlaqələri qurduqca sanki yenidən ölümü yaşayır.
9 iyunda “Maşın-qızın vəsiyyətnaməsi” ADO Teatr Kollketivində İsveç, Azərbaycan, Rus və İngilis dillərində səsləndiriləcək.

Tədbir Azərbaycandakı İsveç Səfirliyinin dəstəyi ilə keçiriləcək.
Giriş: Sərbəst!

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre – Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: