İtaliya-Azərbaycan birliyi Avropanın şərq əlaqələri üçün paradiqma dəyişikliyi yaradır

2020-ci il fevral ayının sonlarında, İtaliyanın COVID-19 səbəbindən ilk Avropa ölkəsi kimi qapanmasından bir neçə gün əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev italyalı həmkarı Prezident Sergio Mattarella ilə ikitərəfli danışıqlar aparmaq üçün Romaya səfər etdi. Səfər çərçivəsində imzalananan “Çoxtərəfli Strateji Tərəfdaşlığın gücləndirilməsi üzrə Birgə Bəyannamə” iki ölkə arasında son dərəcə perspektivli ticarət əlaqələrinin təməlini qoydu. Ənənəvi enerji ticarətindən bəhrələnən İtaliya – Azərbaycan taktiki birliyi artıq müdafiə, infrastruktur və sərmayəni də əhatə edən bütöv bir ticarət tənzimləməsini əhatə edir. Bir çox mütəxəssis və yerli ekspertlər indi İtaliyanı Azərbaycanın ən öndə gedən Avropa müttəfiqi kimi düşünür və bu tərəfdaşlığı Avropa ölkələri üçün ənənəvi Avropa mərkəzli əhatə dairəsi xaricində artan və bir çox fürsətlərə işıq tutan tərəfdaşlıq nümunəsi hesab edirlər .
Azərbaycanın neftlə zəngin Abşeron yarımadası – Qafqaz dağlarının Xəzər dənizinə qovuşduğu şərq uzantısı – min illərdir tacirləri özünə cəlb edir. Müasir Azərbaycan ərazisindən keçərək, səyahətləri “İl Milione” kitabında təsvir edən böyük İtaliya səyyahı Marko Polo Azərbaycan haqqında da söz açmışdır. Azərbaycan əsrlər boyu ən güclü ticarət əlaqələrini bu yarımadadan başlayaraq qurub. Son illərdə Abşeron yarımadası, Azərbaycanın həm də ən maraqlı müasir münasibətlərindən birinin başlanğıc nöqtəsinə çevrilib.
Cənub Qaz Dəhlizi (CQD) Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. Tikintisi keçən il tamamlanan Cənub Qaz Dəhlizinin son hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) – ötən il dekabrın 30 -da Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya çatdırdı.
TAP, İtaliya–Azərbaycan enerji ticarətinin təməl sütununu təşkil edən və İtaliyanı Azərbaycanın bir nömrəli ticarət partnyoruna çevirən möhtəşəm əlaqəyə əsaslanan münasibətlər bu xəttin son hissəsidir. 2019-cu ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib. Həmin ildə İtaliyanın aldığı qazın 17 faizi Azərbaycanın payına düşüb. CQD-nin bu əlaqəni daha da genişləndirəcəyi və hər il İtaliyaya 10 milyard kubmetr Azərbaycan qazı ötürüləcəyi gözlənilir.
Avropa Komissiyası tərəfindən irəli sürülən CQD, qaz mənbələrini şaxələndirərək Avropanın Rusiya və Şimali Afrika qazından asılılığını azaltmağı hədəfləyir. Rusiya 2018-ci ildə AB-nin ümumi qaz idxalının 40 faizini təmin edərək, AB-nin ən böyük xarici təchizatçısı olaraq qalır. AB Cənub Qaz Dəhlizi və xüsusilə İtaliya üçün şərqdə yeni bir alternativi təşkil edir. Azərbaycan üçün CQD Avropaya potensial bir marşrut kimi İtaliya vasitəsilə Avropa ilə daha da yaxınlaşmaq üçün qızıl imkandır.
Prezident İlham Əliyev fevral ayında Romada olarkən enerji razılaşmasından daha vacib nüanslar da əldə etdi. Nəticədə, yeddi ay sonra alovlanan Dağlıq Qarabağ münaqişəsini həll etməkdə ona kömək edəcək güclü bir Avropa müttəfiqi qazandı.
Azərbaycanın Dağlıq Qarabağı Ermənistan işğalından azad etmək səyləri 27 sentyabrda başlandı və 10 noyabr tarixinədək davam etdi. Qərb güclərinin tərəddüdünə baxmayaraq, münaqişəyə dair üçtərəfli Bəyanat qəbul edildi və bir neçə aydır ki, davamlı atəşkəs müşahidə olunur.
Bakının “Azadlıq” meydanında keçirilən qələbə şənliklərinə fəxri qonaq kimi dəvət edilən Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə münaqişənin sona çatmasına kömək edən Türkiyə beynəlxalq səviyyədə böyük nüfuz qazandı. Avropada isə Qərbin səssiz dəstəyini qazanmağa kömək edən İtaliyanın iştirakı idi. Azərbaycan və Ermənistan arasındakı gərginliyin sülh yolu ilə həll olunmasını təşviq etmək üçün yaradılan çoxtərəfli qrupun – ATƏT-in Minsk qrupunun üzvü kimi, İtaliya suverenlik, ərazi bütövlüyü və milli sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiə edən ilk üzv oldu. Məhz bu üç prinsip Azərbaycanın ənənəvi olaraq Dağlıq Qarabağa qayıtmaq üçün əsas gətirdiyi beynəlxalq hüququn ana prinsipləri idi. Bu tanınma Azərbaycanın ərazi bütövlüyünün bərpasına və beynəlxalq etimadın göstərilməsinə kömək etdi.
Azərbaycanla mövcud enerji əlaqələri barədə kifayət qədər məlumatlandırılması ilə yanaşı, İtaliyanın hərəkətə keçmək qərarı ikitərəfli razılaşmalarda yeni bir mərhələ oldu. Əvvəllər İtaliya ilə Azərbaycan arasında sadəcə bir iqtisadi münasibət olduğu halda, indi güclənən tərəfdaşlığın əsasını təşkil edə biləcək siyasi bir ittifaq mövcuddur.
Münaqişənin həllində iştirakına görə İtaliyaya Qarabağda enerji infrastrukturu müqaviləsi verildi. 2020-ci ilin dekabrında imzalanan saziş sayəsində İtaliya Azərbaycanın azad edilmiş ərazilərində enerji infrastrukturunun yaradılmasına öz töhfəsini verəcək.
İtaliyanın Azərbaycanla dostluq nümayiş etdirmək istəyinin daha geniş mənada AB regionu üçün öz təsirləri ola bilər. Avropadakı siyasi liderlər Rusiyadan ehtiyat edirlər və rus enerjisindən mövcud asılılığa alternativləri araşdırmaqda maraqlı olacaqlar. Xüsusilə, geopolitik mənzərə ABŞ-ın yeni prezidentinə uyğunlaşdıqca, Qərb güclərinin yeni alternativ axtarışında olması aydın görünür. Azərbaycan üçün, bu, doğru zamanda doğru yerdə olmaq imkanı verir.
Patrik LANDAU,
Dünyanın enerji, nəqliyyat və müdafiə sektorlarında çalışan bir sıra şirkətlərinə konsultasiya xidmətləri göstərən Maydex AG şirkətinin rəhbəri

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: