İtaliya Çempionatı 2-ci tur

Şənbə günü start götürən 2-ci turun oyunları arasında əsas diqqət paytaxtdakı qarşılaşmaya yönəlmişdi. Hesab görüşün 15-ci dəqiqəsində açılıb.

Son mövsümün bombardiri (29 qol) Dzeko meydan sahiblərini hesabda önə keçirib 1:0. İlk hissədə daha 1 neçə qol imkanından yararlana bilməyən “Roma” matçın sonlarında bunun cəzasını çəkib. 67-ci və 77ci dəqiqələrdə İkardi’nin vurduğu 2 qol hesabı İnter’in xeyrinə dəyişdi. Son dəqiqələrdə “İnter” klubunun yeni transferi Vesino fərqlənərək komandasının 3-cü qolunu vurdu 1:3.

Bu qələbədən sonra Luçano Spaletti’nin yetirmələri 2-ci pilləyə yüksəlib. Son illər A Seriyasında hegemonluq edən “Yuventus” səfərdə “Cenoa” komandası ilə qarşılaşıb. Matçın əvvəlində 2:0 öndə olmasına baxmayaraq “Cenoa” üstünlüyünü qoruya bilməyib və yekunda 2:4 hesabı ilə məğlub olub.

“Napoli” doğma meydanda Atalanta’dan üstün olub 3:1. Milan – Kalyari matçında gözlənildiyi kimi meydan sahibləri qələbə qazanıb 2:1. İlk turda xal itkisinə məruz qalan “Latsio” səfərdə “Kyevo” komandasına minimal hesabla qalib gəlib. Krotone – Verona matçında qapılara qol vurulmayıb 0:0.

“Fiorentina” öz meydanında Sampdoriya’ya 1:2 hesabı ilə məğlub olub.

Benevento – Bolonya 0:1 Cenoa – Yuventus 2:4 Roma – İnter 1:3 Spal – Udineze 3:2 Krotone – Verona 0:0 Kyevo – Latsio 1:2 Milan – Kalyari 2:1 Fiorentina – Sampdoriya 1:2 Napoli – Atalanta 3:1 Torino – Sassuolo 3:0

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: