İtaliya Səhiyyə Nazirliyi anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edib

İtaliya Səhiyyə Nazirliyi anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlik ölkənin bir neçə bölgəsində anomal istilərlə əlaqədar “qırmızı” xəbərdarlıq elan edib. Avqustun 13-dək sağlamlıq baxımından riskin yüksək olduğu şəhərlərin sayının 8-dən 15-ə yüksələcəyi gözlənilir.

Afrikadan yüksələn antisiklonların (yüksəktəzyiqli atmosfer axınları) İtaliya üzərindən qitənin şimalına doğru irəliləməsi paytaxt Roma daxil olmaqla, digər şəhərlərdə havanın temperaturunun daha da artması gözlənilir.

Bundan başqa, Aralıq dənizi sahillərindəki anomal istilər Siciliya, Kalabriya və Apuliya ilə yanaşı, İtaliyanın cənubunda meşə yanğınlarının daha geniş əraziyə yayılmasına səbəb olub. Avqustun 11-də italiyalı yanğınsöndürənlər Siciliya və Kalabriyada 300-dən çox əməliyyata çıxış edib, minlərlə hektar ərazini əhatə edən alovları nəzarət altına almaq üçün gecə boyu mübarizə aparıblar.

Yerli mətbuat yanğın nəticəsində Kalabriyada 2, Siciliyada 1 nəfərin öldüyünü yazıb.

Xatırladaq ki, avqustun 1-də İtaliyanın Siciliya adasında havanın temperaturu 48,8 dərəcəyə yüksəlib. Bu, Avropada indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Bölgə rəsmiləri temperaturun Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən təsdiqlənməsini gözləyirlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: