İtaliya Serie A 21-ci tur

Serie A-nın 21-ci turu şənbə günü iki oyunla start götürdü. Turun açılış oyunu Kyevo və Fiorentina komandaları arasında baş tutdu. Yanvarın 11-də keçirilən kubok matçında olduğu kimi bu matçda da Fiorentina qələbə qazandı 0:3. Turun mərkəzi qarşılaşması Milan və Napoli komandaları arasında keçirildi. Əvvəldən axıra kimi maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaq komanda qələbə qazandı 1:2.

Son illərin dominantı Yuventus öz meydanında Dibala və İquayn’ın vurduğu qollarla Latsio komandasına 2:0 hesabı ilə qalib gəldi. Roma – Kalyari matçında Edin Dzeko’nun vurduğu yeganə qol sayəsində ev sahibi komanda minimla hesablı qələbə qazandı. Son turlar ardıcıl qələbələri sıralayan İnter bu dəfə səfərdə Palermo komandasına 1:0 hesabı ilə qalib gəldi. İnter komandasının yeganə qolunu son Avropa Çempionu Joao Mario imza vurdu. Cenoa – Krotone matçında bərabərlik qeydə alındı 2:2.

Bolonya öz meydanında Dzemaili’nin dublu sayəsində Torino’ya 2:0 hesabı ilə qalib gəldi. Peskara öz meydanında Sassuolo komandasına 1:3 hesabı ilə məğlub oldu. Empoli öz meydanında Gürcü futbolçu Mçelidze’nin vurduğu yeganə qol sayəsində Udinezeyə 1:0 hesabı ilə qalib gədi. 21 turdan sonra Yuventus 48 xalla birinci, Roma 47 xalla ikinci, aktivində 44 xalı olan Napoli isə üçüncüdür. Chievo 0 – 3 Fiorentina Milan 1 – 2 Napoli Juventus 2 – 0 Lazio Bologna 2 – 0 Torino Empoli 1 – 0 Udinese Genoa 2 – 2 Crotone Palermo 0 – 1 Inter Pescara 1 – 3 Sassuolo Atalanta 1 – 0 Sampdoria Roma 1 – 0 Cagliari

Parvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: