İtaliya A Seriyası 23-cü tur

Yuventus – Sassuolo 7:0 Son illərin dəyişilməz çempionu “Yuventus” evində “Sassuolo” komandasına futbol dərsi keçib. Hesab görüşün 9-cu dəqiqəsində açılıb. Aleks Sandro yaranan qarşılıqdan istifadə edərək meydan sahiblərini hesabda önə keçirib 1:0. 24-cü dəqiqədə Almaniyalı Sami Kedira fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra Sami Kedira dublunu rəsmiləşdirib 3:0.

Hissənin tamamına yeddi dəqiqə qalmış Miralem Pyaniç möhtəşəm zərbə ilə hesabı 4:0 edib. İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri Qonsalo İquaynın het-triki sayəsində hesabı biabırçı həddə çatdırıb. 7:0 hesabı ilə qələbə qazanan “Yuventus” xalarının sayını 59-a yüksəldərək ikinci sıradakı mövqeyini qoruyub. Benevento – Napoli 0:2

Çempionatın lideri “Napoli” “Benevento” səfərindən 3 xalla qayıdıb. Görüşün 20-ci dəqiqəsində Belçikalı forvard Dris Mertens fərqlənib 0:1. İkinci hissənin əvvəllərində fərqlənən Marek Hamşik oyunda son nöqtəni qoyub 0:2.

Verona – Roma 0:1 Son turlar özünə bənzəməyən “Roma” nəhayət ki, bu turda 3 xal qazana bildi. “Verona” səfərinə yollanan paytaxt klubu oyunun 1-ci dəqiqəsində Türkiyəli futbolçu Cengiz Ünder’in vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək k,i bu qol Türkiyəli futbolçunun “Roma” klubunun heyətində vurduğu ilk qol idi. Sampdoriya – Torino 1:1 İnter – Krotone 1:1 Atalanta – Kyevo 1:0 Bolonya – Fiorentina 1:2 Kalyari – Spal 2:0 Udineze – Milan 1:1 Latsio – Cenoa 1:2 Verona – Roma 0:1 Benevento – Napoli 0:2 Yuventus – Sassuolo 7:0

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: