FutbolIdman

İtaliya A Seriyası 4-cü tur

İlk üçlükdə qərarlaşan “Yuventus, “İnter” və “Napoli” u turu da qələbə ilə başa vurublar. Turun açılış matçında “Krotone” öz meydanında “İnter” komandasını qəbul edib. Şkriniar və Perisiç’in vurduğu qollar qonaqların 0:2 hesablı qələbəsini rəsmiləşdirib. Fiorentina – Bolonya oyununda meydan sahibləri qələbəyə sevinib 2:1. “Roma” Verona’nın qapısından 3 cavabsı top keçirib. Son illərin dəyişilməz çempionu “Yuventus” Dibala’nın het-trik etdiyi matçda Sassuolo’ya 1:3 hesabı ilə qalib gəlib. “Napoli” debütant Benevento’nu top atəşinə tutub 6:0. Torino – Sampdoriya qarşılaşması 2:2 hesabı ilə heç-heçə başa çatıb. “Milan” öz meydanında Udineze’yə qalib gəlib 2:1. Turun son matçında “Cenoa” doğma meydanda “Latsio” komandasına 2:3 hesabı ilə məğlub olub. Krotone – İnter 0:2 Roma – Verona 3:0 Fiorentina – Bolonya 2:1 Sassuolo – Yuventus 1:3 Milan – Udineze 2:1 Torino – Sampdoriya 2:2 Spal – Kalyari 0:2 Kyevo – Atalanta 1:1 Napoli – Benevento 6:0 Cenoa – Latsio 2:3

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!