İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcəkdir

Beynəlxalq Muğam Mərkəzində oktyabrın 16-sı Bakıda keçirilən İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcəkdir.

Tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlaxlq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək.

İtalyan dili həftəsi – bu bir beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici işlər nazirliyi bu layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.

 Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin movzusu İtaliya Kinomatoqrafiyasıdır.

Beynəlxalq Muğam Mərkəzində italiyan dili həftəsinin açılış konsertində məşhur italyan filmlərində istifadə edilən və italyan bəstəkarlarının filmlər üçün bəstələdikləri sevilən musiqilər piano, simli kvartet, əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədovun (truba) ifasında səslənəcək.

Gecənin xüsusi qonağı məhşur italyan rejissoru və ssenarist Françesko Brunidir.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından, Asan xidmət mərkəzlərinin kassalarından və onlayn olaraq iticket.az saytından əldə etmək mümkündür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: