Filipp Kirkorov övladları ilə Bakıda

“JARA”Beynəlxalq festivalının açılışına bir gün qalmış ilk gələnlərdən biri Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorov odu.

Frame.az xəbər verir ki, bu dəfə o, Bakıya ilk dəfə olaraq uşaqları Martin və Alla-Viktoriya ilə gəlib. Bakı Hava Limanında artisti bir çox kanal və saytların nümayəndələri qarşılayıb və fürsət edərək, qısa da olsa, ifaçıdan məlumatlar alıblar.

F.Kirkorov, festivaldakı proqramı haqqında bir-iki sirr açaraq, söyləyib ki, yeni duetlər və yeni mahnıları bu möhtəşəm səhnədən səslənəcək.

Uşaqları haqqında isə söyləyib ki, mütləq şəhərlə onları tanış edəcək, çünki Bakı haqqında bildiklərini onlarla artıq bölüşüb. Uşaqların istəyi isə Xəzər dənizində çimməkdir.

Beləliklə, sabah, iyulun 25-də dörd günlük JARA festivalının açılışı olacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: