“Jara” Beynəlxalq Musiqi Festivalının ikinci gününün proqramı da zəngindir

Ölkəmizdə dördüncü ildir təşkil olunan “Jara” Beynəlxalq Musiqi Festivalının bugünkü proqramı da zəngindir. Hər dəfə maraqlı təqdimatlarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini söyləyirlər. Dünəndən “Sea Breeze Resort” istirahət mərkəzində başlanan bu festival maraqlı ifalarla tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edir.

Frame.az xəbər verir ki, festivalın ikinci günündə – iyulun 26-da Qriqori Lepsin, Stas Mixaylovun və Lyube qrupunun yaradıcılıq gecələri keçiriləcək.

Bu gün Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Emin, Diana Arbenina, Filip Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, “Lyube”, “Cosmos Girls”, “Novıe samotsvetı”, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki”, “Artik & Asti” qrupları və başqaları hit ifaları ilə tamaşaçıların qarşısına çıxacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: