“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunub

Beynəlxalq Muğam Mərkəzində  “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunub.

May ayının 20-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunmuşdu. “Faraonun yolu” adlı konsertdə gənc caz ifaçıları bir-birindən maraqlı ifalar təqdim etdilər.  Dünyaca məşhur caz ustaları Tom Coster,  Marcus Miller, Jesus Molina və digərlərinin repertuarından olan kompozisiyalar gənc caz ifaçıların təqdimatında özünəməxsus üslubda ifa edildi. Beynəlxalq Muğam Mərkəzin səhnəsində əsl caz ab-havası yaradan Nicat Mənsimov(balaban), Aydın Zeydullayev(saksafon), Afşin Əlizadə(piano), Nicat Paşazadə(bas-gitar) , Həsən Bilalov və digər cazmenlər Azərbaycanlı bəstəkar Adil Bəbirovun da yaradıcılığına müraciət etdilər. Konsertdə ənənəvi, etno-caz, latino üslubda təqdim edilən hər bir çıxış böyük alqışlarla qarşılandı.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: