Beynəlxalq Muğam Mərkəzinin UNESCO çərçivəsində təqdim etdiyi layihə caza həsr olunub

Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Dűnya İrs Komitəsinin 43 -cű sessiyasi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının  dűnya şöhrətli caz ifaçısının konserti keçirildi.

6 iyul tarixində reallaşan konsert proqramında tanınmış ifaçı Ceik Tidiane Seck Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Azərbaycanlı həmkarı , Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu  birlikdə çıxış etdi.
Konsertdən əvvəl çıxış edən Mali Respublikasının Azərbaycandakı səfiri Tiefinq Konate  diqqətə çatdırdı ki,  konsert Azərbaycanın UNESCO üzrə daimi nümayəndəliyi ilə  Mali Respublikası arasında əməkdaşlıq çərçivəsində reallaşır. Konsertdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayevi salamlayan səfir bildirdi ki, Mali nümayəndə heyəti Bakıda, özəlliklə də  Muğam Mərkəzində  olmaqdan çox məmnundur. Çox qürur duyuram ki, caza həsr olunmuş konsertin açılışı Azərbaycanın mədəni irsini təbliğ edən belə bir məkanda reallaşır. Caz musiqisinin xalqları birləşdirdiyini vurğulayan səfir UNESCO -nun Azərbaycanda keçirlən sessiyalara Malinin öz musiqiçiləri ilə.qatıldğını diqqətə çatdırdı.

Daha sonra konsert təqdim edildi.

Xalq artisti Salman Qəmbərovun Bakustik caz qrupu ilə eyni səhnəni bölüşən musiqiçilər həzin caz notlarından başlayaraq daha yüksək templərlə proqramı davam etdirdilər. Mədəniyyətlərarası dialoqa xidmət edən konsert eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin beynəlxalq əlaqələri , həmçinin musiqinin müxtəlif istiqamətlərində fəaliyyətini əks etdirirdi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: