EventsFestivallarJazzMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Baku Summer Jazz Days” festivalı konsertlərinin final notları

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir neçə gün davam edən caz əhvallı musiqi gecələri iyunun 14-də yekunlaşdı. Həmin gün Mərkəzin səhnəsində iki konsert təqdim edildi.

Gürcüstanın etno-caz kollektivi İRİAO daha sonra isə fransalı virtuoz gitaraçı və bəstəkar Tom İbarra kvinteti çıxışları ilə caz həvəskarlarının görüşünə gəldilər. İRİAo-nun konsertindən əvvəl gürcü caz musiqisinin tarixi və yaranması haqqında qısa məlumat diqqətə çatdırıldı. Gürcü və Azərbaycan caz musiqiçilərinin qarşılıqlı sənət mübadilələri, dostluq münasibətlərinin Vaqif Mustafazadə tərəfindən qoyulduğu və bu gün də davam etdirildiyi vurğulandı.

İRİAO elə ilk çıxışından böyük alqışlarla qarşılandı. Gürcü milli musiqisi və caz elementləri ilə bol olan ilk çıxışdan sonra tamaşaçılarla ünsiyyət quran kollektiv Bakıda keçirilən unudulmaz caz layihəsində iştiraklarından məmnunluqlarını ifadə etdilər. Paytaxta ilk dəfə səfər etdiklərini diqqətə çatdıran qrup, Azərbaycana gürcü milli musiqisi və mədəniyyətinə verdiyi dəyərə görə təşəkkürünü bildirdi. İlk dəfə möhtəşəm Beynəlxalq Muğam Mərkəzin səhnəsində çıxış etmələrinin sevincini tamaşaçılarla bölüşən musiqiçilər məkanın səs akustikası və əsl konsert salonu olduğunu da xüsusi vurğuladı. daha sonra kollektiv bir-birindən maraqlı kompozisiyaları təqdim etdi. İRİAO-nun bütün repertuarı Gürcü xalq musiqisi üzərində qurulmuş və caz elemenləri ilə zənginləşdirilmişdir. İRİAO dünyanın nəhəng festivallarında çıxış etmişdir. Onların arasında İndoneziyanın Java Jazz, Malayziyanın Borneo Jazz Festival, Ukraynanın Alfa Jazz Festival və digər Avstriya, Polşa və Pribaltika ölkələrinin festivallarını sadalamaq olar.
Həmin gün ikinci konsert isə fransalı gənc və istedadlı vitrtuoz gitaraçı, bəstəkar Tom İbarra öz kvinteti ilə çıxış etdi.Musiqiçinin yaradıcılığında Maylz Devis , Pat Metini və digər dünya ulduzlarının böyük rolu olub.
Kvintetin ifaları böyük maraqla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində möhtəşəm caz festivalı unudulmaz anlarla yaddaşlara yazıldı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!