EventsFestivallarJazzMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində möhtəşəm caz festivalı

Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən  Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.
Bu dəfə isə Beynəlxalq Muğam Mərkəzi  “Baku Summer Jazz Days” Festivalına ev sahibliyi edir.
10-15 iyun 2019-cu il tarixlərində paytaxtımızda üçüncü dəfə “Baku Summer Jazz Days” Festivalı keçirilir.   İyun ayının 10-da Beynəlxalq Muğam Mərkəzində festivalı dünyaca məşhur trubaçalan, bəstəkar, şoumen Erik Truffaz açdı. Həmin gün cazmen öz  kvarteti ilə birlikdə çıxış etdi.
8 yaşından səhnədə olan musiqiçi , həm də bəstəkar kimi orijinal əsərlərin müəllifidir. O caz-rokdan dram-n-beysə kimi janrları qarışdırmaqla, elektron səs effektlərini tətbiq etməklə tamaşaçı qarşısına yeni musiqi ilə çıxaraq təkrarolunmaz kompozisiyaları ilə onları valeh edir. Bənzərsiz əsərlərini dəyərləndirən əsas məqam isə Erik Truffazın özünəməxsus tanınan çalğı üslubudur
Bakının caz ənənəsinə özünəməxsus rəng qatan bu çoxşaxəli beynəlxalq layihə “Premier Art Management” Prodüser Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Gənc olmasına baxmayaraq, festival artıq dinləyicilərin rəğbətini qazanaraq öz pərəstişkarlarını tapmağa müvəffəq olub.
“Baku Summer Jazz Days” Festivalı çərçivəsində konsertlər  Beynəlxalq Muğam Mərkəzində, həmçinin şəhərimizin açıq meydançalarında və xiyabanlarında keçiriləcək.
Tədbirdə Azərbaycanın caz ustadları ilə yanaşı, Rusiya, İsrail, Fransa, Gürcüstan və İsveçrənin musiqiçiləri də iştirak edirlər.
Biletləri центрах ASAN xidmət, çəhərin bütün kassalarından , Gənclik Mall  və 28 Mall ticarət mərkəzlərindən həmçinin  онлайн на www.iticket.az. əldə etmək olar.
Festivalın növbəti konserti  Beynəlxalq Muğam Mərkəzdə 12 iyun tarixində reallaşacaq. Həmin gün BMM-in səhnəsində Adam Ben Ezra triosu (İsrail) çıxış edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!