EventsMusiqiTəqdimat

“Jazzeri Bands” adlı musiqi axşamı keçirildi

Fevralın 16-da Heydər Əliyev sarayında “Jazzeri Bands” adı altında caz konserti keçirilib.

Frame.az-ın məlumatına görə, tədbirə bir çox tanınmış yerli caz ifaçıları qatılıb.

Gecədə əməkdar incəsənət xadimləri Cəmil Əmirov, Cavan Zeynallı,  əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab və Ənvər Sadıqov, Təranə Mahmudova iştirak ediblər. Həmçinin əfsanəvi “Qaya” və “Rast” qrupları da konsertin əsas qonaqları olub.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndiriblər.

FOTO: Emin MƏMMƏDOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!