JURNALİST OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN LAYİHƏ

“Rayonlar” səhifəsi  bir neçə saytla birlikdə yeni bir layihəyə başlayır. Layihəyə əsasən rayonlarda yaşayan, jurnalistikaya meyli olan, öz rayonlarının həyatını işıqlandırmaq istəyən gənclər üçün PULSUZ JURNALİSTİKA TƏLİMLƏRİ keçiriləcək. Əgər Sizin də jurnalistikaya marağınız varsa və öz rayonunuzun həyatını işıqlandırmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

LAYIHƏNIN MƏQSƏDI:
Rayonlarda yaşayan jurnalistikaya meylli gənclərin gələcəkdə peşəkar jurnalist kimi formalaşmasına dəstək olmaq və rayonların sosial-ictimai həyatında baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında yaxından iştirak etmək.

LAYİHƏ NECƏ KEÇIRILƏCƏK?
Layihə internet üzərindən həyata keçiriləcək. Layihə çərçivəsində iştirakçılar GƏNC JURNALİSTLƏR KLUBUnun üzvlüyünə qəbul ediləcəklər. Klubun Facebook-da qrupu da yaradılacaq. Təlimlər də məhz həmin qrupda aparılacaq.
Gənc Jurnalistlər Klubunun hər rayon üzrə təşkilatı olacaq, təşkilatın sədri seçiləcək.

LAYİHƏ IŞTIRAKÇILARI NƏ QAZANACAQ?
1. Gənc Jurnalistlər Klubunun üzvü olacaqlar
2. Klub üzvləri üçün peşəkar təlimçilər tərəfindən tam ödənişsiz jurnalistika kursları keçiriləcək.
3. Kursları bitirənlərə Sertifikat təqdim olunacaq.
4. Klub üzvlərinə Yazar statusu veriləcək və onların məqalələri dövri mətbuatda işıqlandırılacaq.
5. Təcrübə yığmış klub üzvlərinə müxtəlif qəzet və saytlarda işə düzəlmək üçün müsbət xasiyyətnamə veriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: