Faydamız OlsunTəqdimat

Jurnalistlər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Azercell Telekom MMC daha bir yeniliyə imza atır.  Beləki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq online rejimdə keçiriləcək. Kursların online rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Kurslara qatılmaq üçün media nümayəndələri press@azercell.com ünvanına istək ərizələrini göndərməlidirlər. Ərizələr 10.05.17 -13.05.17 tarixləri arası qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə Azercell şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, bügünə kimi 7 il ərzində 200-dən çox KİV nümayəndəsi Azercell-in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsikursuna göndərilib.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib.  Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı – Mediacell tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!