Kəşküli-füqəra

Tərkibi (6 pay):
3 x.q. düyü unu
1,5 x.q. nişasta
1 l süd
2 st. şəkər tozu
1 armudu st. badam unu
1 x.q. üyüdülmüş fıstıq

üzərinə: 

qaymaqlı dondurma
fıstıq

Hazırlanması:

Düyü unu ilə nişastanın üzərinə bir qədər süd əlavə edib qarışdırın.
Südün qalanını şəkər tozu və badam unu ilə qarışdıraraq ocağın üzərinə qoyun. Qatılaşanadək bişirin. Üyüdülmüş fıstığı əlavə edib qarışdırın və ocaqdan götürün. Kremankalara paylaşdırıb soyudun. Otaq temperaturunda olarkən soyuducuya qoyun.
Süfrəyə verərkən üzərinə qaymaqlı dondurma topu qoyun, fıstıq səpin.

Nuş olsun!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: